Əkin sahəsində telefonla danışan şəxs ildırım vurmasından öldü - YARDIMLIDA
Yardımlı rayonunda 35 yaşlı kişini ildırım vuraraq öldürüb. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, bədbəxt hadisə rayonun Daşkənd kəndində qeydə alınıb.
Kənd sakini, 35 yaşlı Natiq Xəlilovu ildırım əkin sahəsində mobil telefonla danışan zaman vurub. Nəticədə N.Xəlilov elə hadisə yerində keçinib. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.
Faktla baglı Yardımlı rayon Prokurorluğunda araşdırma aparılır.