Danimarkada çadra qadağası - ƏMƏL ETMƏYƏNLƏR...

Danimarkada ictimai yerlərdə rübənd və niqabı qadağan edən qərar qəbul edilib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, sağ-mərkəzçi koalisiya hökumətinin təklif etdiyi qanun layihəsi parlamentdə 30 səsə qarşı 75 səslə qəbul olunub.

Qanun avqustun 1-dən qüvvəyə minəcək. Əməl etməyənlər 156 dollar cəza ödəyəcək.

 

Hökumət qərarın hər hansı bir dinə qarşı olmadığını və baş örtüyü, türban, ya da yəhudilərin geyindiyi kipa kimi geyimləri qadağan etmədiyini vurğulayıb.

 

Danimarkada az sayda qadın bütün üzü örtən geyimdən, yaxud rübənddən istifadə edir.
 

Qadağanın dini azadlıqlara qarşı olduğunu bildirənlər var. Bəziləri isə rübənd və niqabın Avropa ölkələrinə yad olduğunu, bu geyimlərin qadınların təsir altında saxlanmasının simvolu kimi tanındığını deyir.

 

Qeyd edək ki, bənzər qanunlar Avstriya, Belçika və Fransada da qüvvədədir.

Müəllif | Apa.Tv
Elvin Bayramlı