Müğənni aparıcını “Maşın Şou”dan uzaqlaşdırdı
“Maşın Şou”nun 2-ci günündə gözlənilməz hadisə yaşanıb.
APA TV-nin məlumatına görə, qutuya üç iştirakçının eyni sayda şəkli atılıb - Hüseyn Əzizoğlu, Aytən Səfərova və Roza Zərgərli.
Gün ərzində ən çox səs toplayan vayner Hüseyn səsverməyə çıxmaqdan xilas olub. Eyni səs topladıqları üçün aparıcı və müğənni arasında keçirilən səsvermədə Aytən Səfərova qalib gəlib. Beləliklə, Roza Zərgərli ard-arda ikinci gün səsverməyə çıxıb.
Nəticədə 54.14 faiz səs toplayan Roza Zərgərli hədəf göstərdiyi Günel Hümbətovanı şoudan uzaqlaşdırıb.