Sabah Azərbaycanda leysan yağacaq
Bakı və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə bəzi yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 17-20 dərəcə, Bakıda gecə 15-17, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində iyunun 2-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 16-17 dərəcə isti təşkil edəcək.
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyunun 2-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 18-23 dərəcə, dağlarda gecə 5-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 2-də Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətə xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi, rütubətli hava şəraiti və temperaturun enməsi gözlənilir. Belə təzadlı, dəyişkən hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.