Kəsdikləri şərt onları ələ verdi - GÖYGÖLDƏ SİLAH ALVERÇİLƏRİ TUTULDU

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz silah alqı-satqısında şübhəli bilinən şəxsləri saxlayıblar.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, Şəmkir rayonunun Yuxarı Çaykənd sakini, 23 yaşlı Qədim Abdullayev 2 il öncə meşədən AKMS markalı avtomat silah tapıb və onu rayonun Aşağı Çaykənd sakini Elgin Əsədova 650 manat müqabilində satıb.

 

Lakin alış-verişdə Qədim Elginlə şərt kəsib ki, nə vaxtsa silaha daha çox pul verən müştəri tapsa, pulunu ödəmək şərti ilə ondan alıb satacaq. Məhz bu şərtə əsasən o, Elgin Məmmədovdan silahı daha baha qiymətə satmaq üçün Göygöl rayonunun Balçılı kəndi ərazisinə gətirməsini tələb edib. Orada isə hər iki şəxs polis əməkdaşları tərəfindən yaxalanıb.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv