Hacıqabulda avtobus "KamAZ"la toqquşdu: 1 ölü, 30 yaralı - HADİSƏ YERİNDƏN

Gürcüstanın Qori şəhərindən məktəbliləri və onların valideynlərini Bakıya ekskursiyaya gətirən "Mercedes" markalı avtobus qəzaya uğrayıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində baş verib.

 

Bakı istiqamətində hərəkət edən avtobus "KamAZ" markalı yük maşını ilə toqquşub. Toqquşmanın zərbəsindən avtobus və yük maşını yoldan kənardakı yaşıllıq əraziyə çıxıblar.

 

Qəza nəticəsində avtobusun sürücüsü ölüb, 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan 20 nəfəri uşaq, 10 nəfəri valideyndir. Ümumilikdə avtobusda 54 nəfər olub. Hadisə yerinə gələn təcili tibbi yardım maşınları yaralıları Hacıqabul, Şirvan və Ələtdəki xəstəxanalara çatdırıblar. Onların hamısı həkim nəzarətinə götürülüb.

 

Faktla bağlı araşdırmalar başlayıb.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı