Türkiyədə həbs olunmuş məşhur İŞ ADAMI AZADLIQDA - KORRUPSİYA QALMAQALI
Polis tərəfindən rüşvət və korrupsiya əməliyyatı çərçivəsində saxlanılan Türkiyənin məşhur iş adamı Əli Ağaoğlu sərbəst buraxılıb. Üç gün təcridxanada saxlanılan Əli Ağaoğlu dekabrın 20-də səhər saatlarında prokurorluğa göndərilib. O, dindirildikdən sonra sərbəst buraxılıb.
AKP hökuməti bu həbslərdə nurçu polisləri günahlandırır. Türkiyənin müxalifət mediasının yazdığına görə, polis təcridxanasında qanunla yol verilən 72 saat saxlanılma müddəti başa çatdıqdan sonra hökumət həbs olunanların prokurorluğun qərarı ilə buraxılması üçün əlindən gələni edir.
APA TV-nin xəbərinə görə, dekabrın 19-da saxlanılanlardan 10 nəfər prokurorluğa göndərilmişdi. Onlardan üçü sərbəst buraxılıb, 7-si həbs edilmişdi. Daha bir nəfərə həbs qərarı çıxarılıb. Bu gün 66 nəfərlik bir qrup saxlanılan şəxs də prokurorluğa təhvil verilib.
Bu arada içərisində Müəmmər Gülərin oğlu Barış Gülər, azərbaycanlı iş adam Rza Zərrab və "Xalq Bank"ın müdiri Süleyman Aslanın da olduğu daha bir qrup prokurorluğa göndərilib. Polis Rza Zərrab və Süleyman Aslanı prokurorluğa gətirərkən qollarından tutsa da, Müəmmər Gülərin oğlu Barış Gülərin polisin yanında sərbəst olaraq gəlib.
Bu gün həmçinin İstanbul Polis İdarəsində 14 dairə başçısının vəzifələri dəyişdirilib.