ABŞ İsrailə qarşı olan qətnaməni blokladı - BMT-DƏ GƏRGİN TOPLANTI

ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) İsrail-Fələstin münaqişəsinə dair qətnaməni bloklayıb.


APA TV-nin Rusiya mətbuatına istinadən məlumata görə, İsrailin fələstinlilərə qarşı güc tətbiq etməsini pisləyən, Fələstin əhalisinin müdafiəsinə çağıran qətnamənin lehinə 10 şura üzvü səs verib, 4 ölkə (Böyük Britaniya, Polşa, Niderland, Efiopiya) bitərəf qalıb. ABŞ isə sənədi bloklayıb.

Qeyd edək ki, TŞ-nın daimi 5 üzvündən biri olan ABŞ qətnamə layihələrinə veto qoymaq hüququna malikdir.

Bununla yanaşı ABŞ-ın təklif etdiyi, HƏMAS-ın fəaliyyətini pisləyən qətnamə layihəsi də qəbul edilməyib. Qətnamənin lehinə 1, əleyhinə 3 şura üzvü səs verib, 11 ölkə bitərəf qalıb.

Müəllif | Apa.Tv
Sərxan Kamallı