Göygöl polisi narkotik alverçilərini həbs etdi - BİRİ KEÇMİŞ MƏHKUMDUR
Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları iki rayon sakinindən külli miqdarda narkotik vasitə aşkar edib.
APA TV-nin Qərb bürosunun məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elşən Kərimov və Fərman Mirzəyev saxlanılaraq polis şöbəsinə gətirilib.
E.Kərimovun üzərinə baxış keçirilən zaman iki ədəd kibrit qutusunun içərisində 32 ədəd siqaret kağızına bükülü, ümumi çəkisi 4,278 qram, Fərman Mirzəyevin üzərindən isə bir ədəd siqaret kağızına bükülü 0,7 qram çəkidə narkotik maddə hesab olunan heroin aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı onlar narkotik maddə istifadəçisi olduqlarını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.