Moskvada azərbaycanlıların DAHA BİR BAZARI BAĞLANDI
Moskva hökuməti əsasən, azərbaycanlıların çalışdığı daha bir bazarı bağlayıb. "Xryuşi protiv" hərəkatının fəallarının döyüldüyü "Moskvoretskoye" bazarında vaxtı ötmüş və keyfiyyətsiz məhsullar da aşkarlanıb. "Xryuşi protiv" hərəkatının aksiyasının nəticəsi olaraq Moskvanın ticarət və xidmət departamenti və "Moskvoretskoye" QSC-nin birgə qərarı ilə bazanın ərazisindəki ticarət pavilyonunun bağlanması qərarı alınıb.
APA TV-nin xəbərinə görə, hazırda ticarət pavilyonları tam olaraq boşaldılıb. Bazarın istifadəsinin davam etdirilməsi qərarı "Moskvoretskoye" QSC-nin Direktorlar Şurası və Moskvanın ticarət və xidmət departamentinin birgə razılığı əsasında veriləcək.
Qeyd edək ki, dekabrın 10-da ""Xryuşi protiv" hərəkatının könüllüləri bazar ərazisində yoxlama aparıblar. Ərazidə vaxtı ötmüş və keyfiyyətsiz məhsullar, o cümlədən antisanitariya halları aşkar edilib. Daha sonra satıcılar fəallara hücum edib.