İran Suriyadan çıxacaq - RUSİYA İSRAİLLƏ ANLAŞDI

"İrana məxsus qüvvələr Suriyadan çıxacaq".

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumata görə, Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzia bu məsələdə İsraillə anlaşdıqlarını bəyan edib:

"Mənə verilən məlumatlara görə, razılıq əldə edilib. Hələlik heç bir addım atılmasa da, yəqin ki, önümüzdəki günlərdə fəaliyyətə başlayacağıq".

O əlavə edib ki, razılaşmadan tərəflər məmnundur və hər iki ölkənin maraqları çərçivəsindədir.

 

Qeyd edək ki, iyun ayı ərzində BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik Rusiyaya keçib.

 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı