Danimarkada müsəlman və yəhudilərə şok qadağa - HƏBS OLUNACALAR
Danimarkada sünnət qadağan oluna bilər.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bununla bağlı irqçilər 50 mindən çox səs toplayıb.
Toplanan səslərlə əlaqədar isə məsələ artıq parlamentin gündəliyinə daxil edilib.
BMT-nin "Uşaq hüquqları haqqında konvensiyası"na əsaslanaraq toplanan imzalarda etirazçılar 18 yaşına çatmamış uşaqların sünnət edilməsi halında 6 ildən başlayaraq həbs cəzasının verilməsini tələb edir.
Qeyd edək ki, Danimarkada həm müsəlmanlar, həm də yəhudilər tərəfindən ildə 2 minə yaxın azyaşlı sünnət edilir.