Yəməndə quru əməliyyatı başladı - HUSİLƏR İLK DÖYÜŞDƏ 19 ƏSGƏRİ ÖLDÜRDÜ

Yəməndəki husilərlə qarşıdurmada hökumət qüvvələrinin 19 əsgəri həlak olub.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Hodeydah  bölgəsində Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə husi üsyançıları arasında döyüş baş verib.

Ölənlərdən başqa, çox sayda yaralı da var. Yaralılar dərhal Şeyx Osman əyalətindəki xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bir neçə gün öncə Səudiyyə Ərəbistanına məxsus donanma Hodeydah limanını blokadaya alıb və bölgəyə desant çıxarmağı planlaşdırırdı.

Bunun ardından Yəmənin baş naziri Əhməd ibn Dağr bölgənin husilərdən azad olunması üçün yeni bir əməliyyata başladıqlarını və hərbi əməliyyatların paytaxt Səna da daxil olmaqda Taiz, Mahvit və başqa vilayətlərdə də davam etdiriləcəyini deyib.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı