833 min manat KREDİT!

Xaçmazda Şimal regionundan olan sahibkarlara 833 min manat güzəştli kredit verilib. Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə keçirilmiş “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirdə Xaçmaz və ətraf rayonlarda fəaliyyət göstərən 58 sahibkar iştirak edib. Bu kreditlər hesabına 100-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

APA TV-nin xəbərinə görə, sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Xaçmaz rayonunda müasir çörək zavodunun, süd və meyvə emalı müəssisələrinin, cins heyvandarlıq, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması prioritet sahələrdir.

 

Bu il respublika üzrə sahibkarlıq subyektlərinin 4331 investisiya layihəsinin maliyyələşdirilməsinə 272.8 milyon manat güzəştli kredit verilib.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan