Kim Çen Inın Sinqapurda hotelə ödəməyə pulu yoxdur - ABŞ-DAN MARAQLI TƏKLİF

Rəsmi Pxenyan Donald Trampın Kim Çen Inla Sinqapurda görüşü zamanı Şimali Koreya nümayəndə heyətinin hotel xərclərini ödəmək üçün vasitə axtarır.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, rəsmilər bildirilib ki, bu məbləğ dövlətin imkanları xaricindədir.

 

ABŞ tərəfi 6 min dollar olan "prezident otağı"nın pulunu ödəməyə hazır olduğunu bildirsə də, qarşı tərəfin jesti təhqir kimi anlayacağından ehtiyatlanaraq, bu addımı atmayacaq.

Əvəzində Vaşinqton alternativ mənbələr axtarışına çıxmaq niyyətindədir.

 

Qeyd edək ki, Kim Çen Inla Donald Tramp arasında görüşün iyunun 12-də keçiriləcəyi təsdiqlənib.

 


 

Müəllif | Apa.Tv
Fərid Rəsulov