Zidan Qətərə gedir? - ƏRƏBLƏRDƏN FANTASTİK TƏKLİF

Zinəddin Zidan Qətər millisinin baş məşqçisi ola bilər.

 

APA TV-nin xəbərinə görə, bu barədə məşhur ərəb iş adamı Naqib Saviris öz "Twitter" səhifəsində yazıb.

 

"Zidan 2022-ci il dünya çempionatında Qətərin baş məşqçisi olacaq. 4 il ərzində illik 50 milyon avroya... Pul hər şeyi həll edirmi?" - deyə, Naqib Saviris qeyd edib.

 

Madridin "Real" klubunun keçmiş baş məşqçisi Z.Zidan isə hələ ki, məsələ ilə bağlı heç bir açıqlama verməyib.

 

Qeyd edək ki, "Kral klubu"na rəhbərlik etdiyi dövrdə Z.Zidan kluba 95 milyon avro vəsait qazandırıb.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı