Türkiyədən PKK-ya "ildrımsürətli hücum" - QƏNDİLDƏ ƏMƏLİYYAT

Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqdakı PKK hərbi düşərgələrinə qarşı keçirdiyi hər əməliyyatları genişləndirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, türk ordusu Şimali İraqda 22 km irəliləyib.

PKK terror təşkilatının Türkiyəyə keçmək üçün istifadə etdiyi nöqtələr və bazalarının mövcud olduğu Bradost bölgəsi nəzarətə götürülüb. Bölgədən Şəmdinlidən Hakkari, Ağrı, Van, Bitlis, Ərzurum, Ərzincan, hətta Ermənistana qədər uzanan keçid xətti kimi istifadə olunurdu. Ərazinin nəzarət altına alınması bu marşrutu zərərsizləşdirib.

 

Əməliyyat zamanı 14 yüksək çinli terrorçu bölgəni tərk edib. Türk ordusu PKK-nın əsas bazası sayılan Qəndilin ən kritik nöqtəsi olan Barazgir vadisinə çatıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı