Londondan Şimali İrlandiyaya icazə - AVROPA İTTİFAQINDA QALA BİLƏRSİNİZ
Rəsmi London Şimali İrlandiyaya Avropa İttifaqında (Aİ) qalmağa icazə verəcək.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, Şimali İrlandiya muxtariyyətinin tələbləri əsasında Birləşmiş Krallıq hökuməti belə bir təkliflə çıxış edəcək.
Təklifə əsasən, Böyük Britaniya Aİ-dən tam çıxsa belə, Şimali İrlandiya təşkilatda qalmaq hüququna sahib olacaq və beləliklə də azad ticarətə davam edəcək.
Planın Aİ tərəfindən qəbul edilib-edilməyəcəyi isə sual altındadır.
İrlandiyalı mütəxəssislər planın gerçəkləşəcəyinə şübhə ilə yanaşır.
Qeyd edək ki, Aİ-də belə bir status daha öncə Lixtenşteynə verilib, daha sonra isə bu ölkə ittifaqın üzvünə çevrilib.