Kabildə terrorçular öldürüldü - ABŞ HƏRBÇİLƏRİNİN UNİFORMASINI GEYİNİBLƏR
Əfqanıstan paytaxtında terrorçularla polis arasında atışma olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) binası önündə qeydə alının hadisədə 7 terrorçu öldürülüb.
Onlardan bəziləri ABŞ ordusuna aid hərbi geyimdə olub.
Qeyd edək ki, hadisədən öncə kamikadze binanın önündə özünü partladıb.
İnsident zamanı bir polis əməkdaşı həlak olub.