Balakən sakini həyətində 103 çətənə kolu əkib - KEÇMİŞ MƏHKUMDUR
Balakəndə narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan keçmiş məhkum tutulub. APA TV-nin yerli bürosunun məlumatına görə, bu barədə Balakən Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında rayonun Hənifə kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qəhrəman Qəhrəmanovun yaşadığı evin həyətyanı sahəsində əməliyyat-axtarış tədbirləri keçirilib. Tədbirlər zamanı evin həyətyanı sahəsində torpağa və dibçəklərə əkilmiş, ümumilikdə 103 ədəd olan narkotik tərkibli çətənə kolu, eyni zamanda qurudulması üçün sərilmiş, ümumi çəkisi 1 kiloqram 325 qram olan qurudulmamış marixuana aşkar olunub. Aşkarlanmış narkotik bitki və marixuana götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.