Lənkəranda iki avtomobil toqquşdu, sərnişin xəsarət aldı

Lənkəranda iki minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Cil kəndində qeydə alınıb.

Avtoqəza zamanı Masallı rayon sakini, 23 yaşlı Nahid Nadirovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Lənkəran rayonunun Cil kənd sakini, 24 yaşlı Nehmət Nurullayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə "Jiquli"nin sərnişini, Lənkəran rayonunun Cil kənd sakini, 24 yaşlı Orxan Babazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O.Babazadəyə xəstəxanada tibbi yardım göstərilib.

Məlumata görə, yol qəzası "Mercedes"in yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov