Mingəçevirdə keçmiş məhkum silahla tutuldu - 377 PATRONLA

Mingəçevirdə üzərində qanunsuz olaraq odlu silah və sursat gəzdirən şəxs tutulub. Mingəçevir Şəhər Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü Vaqif Hüseynov şübhəli şəxs qismində saxlanılıb.

Polis əməkdaşları onun üzərinə baxış keçirən zaman 1 ədəd 12 kalibrli kustar üsulla hazırlanmış, lüləsi kəsik odlu silah, sellofan bağlamanın içərisində sink qutuda 357 ədəd pulemyot və 20 ədəd avtomat gülləsi aşkarlanaraq götürülüb. V.Hüseynov silah-sursatı haradan əldə etməsi barədə dəqiq məlumat verməyib. O, silahı tapdığını bildirib.

Saxlanılan şəxsin əvvələr də məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli