Türkiyədə PKK ilə döyüş oldu - 3 ŞƏHİD
Türkiyənin İraqla həmsərhəd Hakkari əyalətində PKK terrorçularının hücumu nəticəsində 3 hərbçi həlak olub, daha ikisi isə yaralanıb.
APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.
Terrorçular hücum zamanı tank əleyhinə silahdan istifadə edib.
Yaralıların həyatına təhlükə yoxdur.