Gədəbəydə iki "Jiquli" toqquşdu, sürücülər öldü
Gədəbəydə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Gərgər kəndində iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər bədən xəsarətləri alaraq Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan sürücülər - 1973-cü il təvəllüdlü Nail Qarayev və 1974-cü il təvəllüdlü Aydın İsmayılov xəstəxanada ölüblər.
Xəsarət alanlar - 1965-ci il təvəllüdlü İman Alsəfərov, 1982-ci il təvəllüdlü Mətanət Əsgərova, 1988-ci il təvəllüdlü Arzu Rüstəmova və 2003-cü il təvəllüdlü Emin Nağızadədir. Onlardan iki nəfər Gəncədə olan xəstəxanalardan birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.