Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı artıb
Qvatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb. APA TV-nin məlumatına görə, bu barədə “Prensa Libre” xilasedicilərə istinadən xəbər verib.
Bundan əvvəl 38 nəfərin öldüyü, təxminən 300 nəfərin xəsarət aldığı bildirilirdi. Məlumata əsasən, təbii fəlakət nəticəsində 4 yaşayış məntəqəsinə ciddi ziyan dəyib. Qvatemala hökuməti təxminən 2 milyon insanın hadisədən zərər gördüyünü açıqlayıb. Vulkanın püskürməsi nəticəsində yaxınlıqdakı kəndlər dağılıb. La Aurora Hava limanı havadakı kül səbəbindən bağladılıb.
Qeyd edəki, Fueqo vulkanı iyunun 3-dən püskürməyə başlayıb.