Süni göldə çimən 18 yaşlı oğlan suda batıb - ŞƏMKİRDƏ
Şəmkirdə 18 yaşlı oğlan suda boğulub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.
Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu yaradılan süni göldə çimən zaman boğulub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil verib.