Yəməndə şiddətli döyüş - 13 HUSİ ÜSYANÇISI ÖLDÜRÜLDÜ
Yəməndə husilərlə hökumət qüvvələri arasında növbəti döyüş olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, nəticədə 13 nəfər üsyançı öldürülüb.
Yəmənin Əl-Beyda əyalətində husilər orduya məxsus bazaya daxil olmağa cəhd edib. Husilərin cəhdi uğursuz alınıb. Bu bölgədən hökumət qüvvələri husilərin mövqelərinə tez-tez hava zərbələri endirir.
Qeyd edək ki, Əl-Beyda əyalətində husilərlə Yəmən ordusu arasında artıq 1 aydır ki, qarşıdurma davam edir.