Səudiyyədə ilk qadına sürücülük vəsiqəsi verildi - 28 İLLİK QADAĞA BİTDİ
Səudiyyə Ərəbistanında bir ilk yaşanıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, krallıq tarixində ilk qadına sürücülük vəsiqəsi verilib və bu prosesin fotoları polisin saytında yerləşdirilib.
2017-ci ilin sentyabr ayında kral Salman bin Əbdül-Əziz əl-Səud qadınların avtomobil sürməsinə dair 1990-cı ildən qüvvədə olan qadağanı ləğv edib.
Qeyd edək ki, sözügedən qanunun pozulmasına görə sərt cəza nəzərdə tutulurdu.