Rusiyaya daha bir zərbə - "QAZPROM"UN AKTİVLƏRİNƏ HƏBS QOYULDU

Hollandiya məhkəməsi "Qazprom"un aktivlərinə həbs qoyub.

 

APA TV-nin məlumatına görə, buna səbəb şirkətin Ukraynanın "Naftoqaz" konserninə olan 2,6 milyard dollarlıq borcunu ödəməməsidir. 

 

Bundan əlavə, məhkəmə Rusiya şirkətlərinin "Nord Stream AG" və "Nord Stream 2 AG" layihələrindəki aktivlərini də dondurmağı planlaşdırır.

 

"Naftoqaz"ın rəhbəri Andrey Kobolev "Qazprom" şirkətinin borcunu qaytarması üçün qanuni vasitələrdən istifadə olunacağını bildirib. "Qazprom"dan isə qeyd edilib ki, bu qərar qərəzlidir və Kiyevin maraqlarına xidmət edir.

Xatırladaq ki, "Qazprom" bu vəsaiti Ukraynaya qaz ixracı və tranzitini ləngitdiyi üçün kompensasiya formasında ödəməlidir.

Müəllif | Apa.Tv
Apa.tv