Samuxda 24 yaşlı gənc su kanalında boğuldu
Samuxda 24 yaşlı gənc su kanalında boğulub.
APA TV-nin qərb bürosunun xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib.
Dərhal rayonun Qarabağlar kəndi ərazisindən keçən su kanalında batan Ceyhun Allahverdiyevin axtarışlarına Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Nəticədə gəncin meyiti xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.