Ağdamda iki qadını ilan sancdı
Ağdamda iki qadını ilan sancıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Çəmənli kəndi və rayonun Ergi düzü adlanan ərazisində baş verib.
Hər iki qadın Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi hesab olunur.