Fransanın məşhur şirkəti İranı tərk etdi - ABŞ-A GÖRƏ

Fransanın "PSA" şirkətlər qrupu İrandakı fəaliyyətini dayandırıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-ın İranla nüvə razılaşmasından sonra şirkət bu qərarı alıb və 6 avqust tarixinədək istehsalı dayandırıb.

 

"Peugeot" ve "Citroen" kimi maşın markalarını da istehsal edən "PSA" şirkətlər qrupundan verilən açıqlamaya görə, razılığa gəlmək üçün ABŞ hökuməti ilə danışıqlar davam edir.

 

Qeyd edək ki, şirkət İranda ən çox satılan avtomobil markası olan "Az Samand"ların istehsalı ilə məşğuldur. Həmçinin, İran "PSA" şirkətlər qrupunun ən böyük satış bazarı hesab edilir. Keçən il ərzində şirkət İranda 444 min maşın satmışdı.

Müəllif | Apa.Tv
Apa.tv