Keçmiş kəşfiyyatçı Çinə casusluqda ittiham olunur - ABŞ-DA QALMAQAL

ABŞ-da keçmiş kəşfiyyatçı Ron Rokvell Hansen casusluqda ittiham olunur.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, saxlanılan şəxsin günahları sübut olunsa, ona ömürlük həbs verilə bilər.

Ədliyyə Nazirliyi onun Çinə informasiya ötürdüyünü və qarşılığında ən azı 800 min dollar aldığını bildirir.

 

Yuta şatının Sirakuz şəhərində yaşayan kəşfiyyatçı "milli müdafiə məlumatlarını yad ölkəyə yardım etmək üçün toplamaq və məlumatları ötürməkdə" günahlandırılır.

Ümumilikdə sayı 15-ə çatan digər ittihamlar arasında ABŞ-dan dəyərli əşya çıxartmaq da var. 58 yaşlı Ron Rokvell Hansen Sietl aeroportunda Çinə gedən təyyarəyə minərkən Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən saxlanılıb. Yuta ştatının baş prokuroru Con Huber saxlanılan şəxsə qarşı ittihamların çox ciddi olduğunu bildirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı