Yol polisini bıçaqlayan sürücüyə hökm oxundu - MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşına müqavimət göstərməkdə və qəsdən sağlamlığa xəsarət yetirməkdə təqsirləndirilən Müseyib Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, Şirinov barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və o, məhkəmə zalında həbs edilib.
APA-nın xəbərinə görə, M. Şirinov avtomobili idarə edərkən yol polisi əməkdaşlarının tələbinə məhəl qoymayıb, onlara müqavimət göstərib və bıçaqla bir polis əməkdaşını yaralayıb. O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinə əsasən ittiham edilib. Onun barəsində cinayət işi başlanılsa da, istintaq dövründə barəsində həbs-qətimkan tədbiri seçilməyib.