Türkiyənin "Su-57"-yə olan marağı onu "F-35"-dən məhrum edə bilər

Türkiyənin Rusiya istehsalı olan “Su-57” tipli qırıcı təyyarələr və digər yüksək texnologiyalı silahlar əldə etmək planı Ankaranın ABŞ-ın beşinci nəsil “F-35” tipli təyyarə layihəsində iştirakını təhlükə altında qoyur.

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ankaranın Rusiyadan “S-400” kompleksləri almasına görə ABŞ-ın “F-35” tipli təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə, ölkəsi “Su-57” qırıcılarını alternativ kimi nəzərdə saxlayacağını bəyan etmişdi.

Müəllif | Apa.Tv
Apa.tv