Zaqatalada 5,5 bal gücündə zəlzələ oldu - BİR NEÇƏ RAYONDA HİSS OLUNUB

Azərbaycanda güclü zəlzələ baş verib. APA TV-nin AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

5,5 maqnitudalı zəlzələnin ocağının 2 km dərinlikdə yerləşdiyi bildirilir. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında və qismən Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv