İrana qarşı çıxa biləcək yeganə güc Türkiyədir - ABŞ ƏSAS MƏQSƏDİNİ AÇIQLADI

"ABŞ-ın Türkiyə ilə münasibətlərində əsas məqsəd Ankaranın Qərbə siyasi meylliliyinin qorunub saxlanılmasıdır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel bildirib.

 

"Bu balans məsələsidir. Biz həm mühüm müttəfiqimiz olan Türkiyə ilə çalışmalıyıq, həm də insan haqları, demokratiya və ABŞ vətəndaşlarına dair bizi narahat edən məsələlərlə bağlı fəaliyyətimizi genişləndirməliyik. Lakin daha geniş mənada əsas məqsəd Ankaranın Qərbə siyasi və strateji meylliliyinin qorunub saxlanılmasından ibarət olmalıdır. Bunun mühümlüyünü anlamaq üçün xəritəyə baxmaq kifayətdir. Uzunmüddətli perspektivdə regionda İrana qarşı çıxış edə biləcək yeganə güc məhz Türkiyədir" - deyə o qeyd edib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov