Melaniya Tramp yoxa çıxıb - CNN ŞOK XƏBƏR YAYDI

"Melaniya Tramp yoxa çıxıb. Boyu: 180 santimetr, model görünüşə sahibdir və prezidentin arvadıdır".

 

APA TV-nin məlumatına görə, ABŞ CNN telekanalının yayımladığı bu xəbərlə şoka düşüb.

Bildirilir ki, mayın 14-də "first lady"nin böyrəklərində cərrahiyə əməliyyatı aparılıb və həmin tarixdən keçən 24 gün ərzində Melaniyanı kimsə görməyib. Bütün bunlar isə Tramp cütlüyünün boşanması barədə xəbərlərə yol açıb.

 

Rəsmilər bu faktoru əməliyyatdan sonrakı bərpa prosesilə əlaqələndirir, həkimlər isə bildirir ki, analoji əməliyyatlarda reabilitasiya üçün 1 gün belə kifayətdir.

 

Bu arada Melaniya Trampın "Twitter" səhifəsində onun harada olması ilə bağlı məlumat paylaşılıb, amma bu da mətbuatı inandıra bilməyib.

 

Şayiələrə son qoymaq üçün Ağ Ev və Tramp ailəsi bütün şübhələrə son qoymaq üçün 6 iyunda Melaniyanı ictimaiyyət qarşısına çıxarmağı düşünür. 

Qeyd edək ki, bir müddət əvvəl Melaniyanın iyunun 12-də Sinqapurda Donald Tramp-Kim Çen In görüşündə həyat yoldaşını müşayiət etməyəcəyi də açıqlanıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı