Türkiyənin tanınmış baş məşqçisi vəfat etdi

Türkiyədə tanınmış futbol məşqçisi vəfat edib.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, uzun müddətdir  reanimasiyada olan Ümit Kayıhan bu gün səhər saatlarında dünyasını dəyişib.


1954-cü ildə doğulan Ümit Kayıhan karyerasına basketbolçu kimi başlayıb. Futbol həyatına 17 yaşında "Göztəpə" klubunda start verən idman mütəxəssisi daha sonra müxtəlif komandalarda çıxış edib.


İngiltərədə məşqçilik kursları keçən Ümit Kayıhan Türkiyənin "Göztəpə", "Altay", "Dənizlispor", "Ərzurumspor", "Antalyaspor", "Bursaspor" və "Diyarbəkirspor" klublarının baş məşqçisi olub.
 

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı