Rusiyadakı mundialı kimlər canlı izləyəcək? - DÜNYA LİDERLƏRİNİN SİYAHISI

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını izləyəcək liderlərin siyahısı açıqlanmağa başlayıb.

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, dünya liderlərinə artıq dəvət göndərilib.

Moldova prezidenti İqor Dodon, Çin prezidentinin köməkçisi Sun Çun Lanın dəvəti qəbul etdiyi bildirilir.

Dünya çempionatına qatılacaq ən maraqlı şəxs isə son dövrlərdə dünya mətbuatının gündəmində qalan Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmandır. Vəliəhd Səudiyyə Ərəbistanı ilə Rusiya arasında keçiriləcək oyunu Vladimir Putinlə birgə izləyəcək.

 

Müəllif | Apa.Tv
Hikmət Zeynallı