Ermənistanda da zəlzələ oldu
Ermənistanda güclü zəlzələ baş verib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, yeraltı təkanlar bu gün, yerli vaxtla səhər saat 8-də qeydə alınıb.
Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində müşahidə olunub. Təkanlar 5 bal gücündə hiss edilib.
Zəlzələnin episentri Gümrü şəhərinin yaxınlığında qeydə alınıb.