Türk ordusu Menbiçə girir - ABŞ "HƏ" DEDİ
Mövlud Çavuşoğlu və Mayk Pompeo arasında Menbiç məsələsi barədə keçirlən görüşün təfəərüatları məlum olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.
Əməliyyatların keçirilməsi üçün artıq işçi qruplarının hazırlıqlarını başa çatdırdığını qeyd edən diplomat terrorçuların silahlarını təslim edərək Menbiçdən çəkiləcəyini vurğulayıb: "Əməliyyatlar 3 mərhələdə olacaq. İlkin hazırlıq, hazırlıq və həyata keçirmə. İyula qalmayacaq, əsas əməliyyatları 10 gün ərzində başlayacağıq".
Əməliyyatın hər bir detalının ayrı-ayrılıqda müzakirə edildiyini deyən nazir yol xəritəsinin hazırlandığını və terrorla mübarizə istiqamətində Suriya və İraqda nə edə biləcəklərini götür-qoy etdiklərini əlavə edib.
Həmçinin Mövlud Çavuşoğlu bölgədə ABŞ və Türkiyə əsgərlərindən başqa heç bir dövlətin hərbi qüvvəsinin olmayacağını diqqətə çatdırıb.