DTX daun sindromlu uşaqlar üçün əyləncəli tədbir təşkil edib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) daun sindromlu uşaqlar üçün musiqili-əyləncəli tədbir təşkil edib.

 

APA TV-nin məlumatına görə, əvvəlcə aktyor Cabir İmanov uşaqları 1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi günü münasibətilə təbrik edib, onlara xoşbəxt gələcək arzulayıb.

 

DTX-nin Mədəniyyət Mərkəzinin əməkdaşı Zəhra Quliyeva daun sindromlu uşaqların bizlərdən biri olduğunu və onlara qayğının vacibliyini vurğulayıb.

 

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova isə bu qəbildən olan uşaqlara dövlət qayğısından bəhs edib.

 

Daha sonra xalq artisti Faiq Ağayev uşaqlar qarşısında çıxış edib.

 

Tədbir daun sindromlu uşaqların rəqsləri ilə yekunlaşıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov