Kəmaləddin Heydərov zəlzələ bölgəsinə baş çəkib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən gün zəlzələ baş vermiş Zaqatala rayonuna səfər edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, nazir zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirib.

 

K.Heydərov və FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar.

 

Qeyd edək ki, iyunun 5-i axşam saat 22:40 radələrində Zaqatala rayonu ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı