Səudiyyə Ərəbistanında dünya çempionatı yayımlanmayacaq
Səudiyyə Ərəbistanı futbol üzrə dünya çempionatını yayımlamayacaq.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, buna səbəb yerli telekanalların yayım hüququnu əldə etmək üçün "beIN Media" şirkəti ilə razılığa gələ bilməməsidir.
FİFA-nın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsiz başa çatdığı üçün səudiyyəlilər çempionatı izləyə bilməyəcək.
Qeyd edək ki, çempionatda Səudiyyə Ərəbistanının milli komandası da iştirak edəcək və ilk oyunda ev sahibi Rusiya millisi ilə qarşılaşacaq.