Ermənistandakı vəziyyət Qarabağ separatçılarını təşvişə saldı - KÜTLƏVİ İSTEFALAR

Ermənistanda yenidən istefalar başlayıb.

 

APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, Ermənistanın xüsusi kəşfiyyat xidmətinin rəisi Vaqram Şaqinyan istefa verib.
 

V.Şaqinyan 5 ildir ki, bu vəzifəni icra edirdi.
 

Həmçinin Ermənistanın Arvamir əyalətinin qubernatoru Aşot Kaqramanyan da postundan gedib. İstefa qərarı ölkədə siyasi vəziyyətin dəyişməsi ilə əlaqələndirilir.

 

Bu arada qondarma "Dağlıq Qarabağ respublikası"nda istefalar başlayıb.

 

Separatçı rejimin "milli təhlükəsizlik naziri" Arşavir Karamyan və onun "müavini" Qarik Sarkisyan istefa barədə ərizələrini "hökumətə" təhvil verib.

 

Bundan başqa qondarma respublikanın "polis rəisi" Kamo Ağacanyan və "baş naziri" Araik Arutunyan da istefa gedib.

 

Ərizələrində "vəzifəli şəxslər" Ermənistanda baş verən etirazların onlarda narahatlıqlar yaratdığını və bu narahatlığın nəticəsi olaraq istefa verdiklərini qeyd ediblər.

Müəllif | Apa.Tv
Hikmət Zeynallı