"Volqa" ilə toqquşan "Mercedes" aşdı, sürücü yaralandı - KÜRDƏMİRDƏ

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtoqəza zamanı Kürdəmir rayonunun Ərəbxana kənd sakini, 1979-cı il təvəllüdlü Vəliyev İlhamiz Əlabbas oğlunun idarə etdiyi "QAZ-31" markalı minik maşını ilə İmişli rayon sakini, 1995-ci il təvəllüdlü Fərəcli Orxan Hafiz oğlunun idarə etdiyi "Mercedes" markalı avtomaşın toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan "Mercedes" markalı avtomobil  yol kənarına aşıb. Nəticədə sürücü O. Fərəcli  müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv