Şamaxıda 40 yaşlı kişini bıçaqladılar - KÜÇƏNİN ORTASINDA
Şamaxı rayonunda bıçaqlanma faktı baş verib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə Şamaxı şəhərinin Əliheydər Qarayev küçəsində qeydə alınıb.
Şəhər sakini, 1978-ci il təvəllüdlü Qədimov Elxan Əlibaba oğlu axşam saat 23:00 radələrində qarın nahiyəsindən bıçaqlandığı üçün təcili tibbi yardım stansiyasının avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, cərrahi əməliyyat olunub və vəziyyəti ağır olaraq qalır. Onun kim tərəfindən bıçaqlandığı hələ ki məlum deyil.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.