Naməlum şəxs Astara sakinini bıçaqladı - VƏZİYYƏTİ AĞIRDIR
Astara sakini həmkəndlisi tərəfindən bıçaqlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, qanlı hadisə Kakalos kəndində qeydə alınıb.
Kənd sakini, 54 yaşlı İltifat İbadov sarğı nahiyəsindən aldığı iki bıçaq zərbəsindən sonra yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıya ilkin tibbi yardım göstərilərək cərrahi əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağırlıqdadır.
Zərərçəkmişin oğlunun sözlərinə görə, atasını hələlik məlum olmayan səbəbdən həmkəndlisi bıçaqlayıb. Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.