Bağdadda ard-arda partlayışlar - 18 ÖLÜ, 90 YARALI

İraqın paytaxtı Bağdadda ardıcıl iki partlayış baş verib. APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 18 nəfər dünyasını dəyişib, 100-ə yaxın insan isə yaralanıb.

Ölənlər arasında azyaşlıların olduğu da bildirilir. Məlumata əsasən, partlayıcı qurğular məscidin yaxınlığında işə düşüb. Yaxınlıqdakı yaşayış evlərinə də ziyan dəyib. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Məlumata görə, hadisə şiələrin üstünlük təşkil etdiyi "Mədinət əs-Sədr" rayonunda, Bağdadın şərqində baş verib. Ərazidə yaşayanların əksəriyyəti dini lider Müqtəda əs-Sədri dəstəkləyənlərdir. Onun rəhbəri olduğu blok bu yaxınlarda keçirilən parlament seçkilərində qalib gəlib.

Müəllif | Apa.Tv
Apa.tv